Avtomatik yanğınsöndürmə sistemlərinin əsas üstünlüyü ondan ibarətdir ki, onlar avtomatik olaraq işə düşür və insan əməyi istifadə olunmadan yanğının söndürülməsini həyata keçirir.
Yanğının söndürülməsi avtomatik yanğınsöndürmə sistemlərinin növündən,yəni sulu,qazlı və ya köpüklü olmasından asılı olaraq yanğınsöndürən maddənin (su,qaz və ya köpük) buraxılması hesabına mümkündür.
Göründüyü kimi, avtomatik yanğınsöndürmə sistemləri obyektin təyinatından asılı olaraq sulu,qazlı və köpüklü növlərinə ayrılır.
Avtomatik sulu yanğınsöndürmə sistemləri suvarma kanalının növünə görə sprinkler və drençer tipli söndürmə sistemlərinə bölünürlər. Sprinkler sistemi su ilə doldurulan, hava ilə doldurulan, hava və su ilə doldurulan, drençer sistemi isə elektrikli, hidravlik, pnevmatik, mexaniki və kombine edilmiş kimi növlərə bölünürlər.